MAXE küçədə bıçaqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Yevlax şəhərinin Nizami prospektində 1972-ci il təvəllüdlü Mayıl Həsənov Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Aqil Etibar oğlu Sadıqovu bıçaqlayıb. Döş qəfəsindən ağır xəsarət alan 29 yaşlı Aqil Sadıqov xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, bıçaqlanan şəxs hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdan artıq xidmət edən hərbi qulluqçudur. A.Sadıqov Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...