Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi

Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi
Hadisə 272

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib.

Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan "Khazar" markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.

Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.

Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometr...

140 Hadisə 23:27 16 sentyabr 2026

Son xəbərlər