Maşının qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barədə qərar verildi - VİDEO

Maşının qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barədə qərar verildi - VİDEO
Video
Hadisə 780

Suraxanı Rayon Məhkəməsi sürücülər arasında baş verən insidentə səbəb olan şəxs barəsində qərar çıxarıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə aprelin 26-da Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək ondan yol istəməsi barədə məlumat yayılıb.

Belə ki, qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər