Maşın transformatora çırpıldı, vətəndaşlar narazılıq etdi - İddialara RƏSMİ CAVAB - FOTO/VİDEO

Maşın transformatora çırpıldı, vətəndaşlar narazılıq etdi - İddialara RƏSMİ CAVAB - FOTO/VİDEO
Foto Video
Hadisə 147

Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yol-qəza hadisəsi baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, qəza zamanı "Renault" markalı avtomobil transformatora çırpılıb.

Şikayətçi bildirir ki, transformator yaşayış evlərinin yaxınlığında yerləşir. Baş verə biləcək istənilən növ qəza hadisələri də faciəyə yol aça bilər.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, artıq transformator bərpa edilib. Yerləşdiyi ərazi isə vətəndaşlar üçün təhlükəsizdir:

"Transformator qapalı tiplidir. Belə transformatorların ətrafında çəpər olmamalıdır. Bununla belə çəpər də qoyulub. Elektrik xətləri və transformatorlar şəhərsalmanın planına uyğun olaraq yerləşdirilir. Bu, vətəndaşın istəyi ilə tənzimlənir. O ki qaldı təhlükə məsələsinə, bu, vətədaşlar üçün tam təhlükəsizdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər