Masazırda sürü halında dolaşan küçə iti QORXU SAÇIR

09
okt
2025
10:55
Masazır qəsəbəsində 20-yə yaxın sahibsiz it küçədə sürü halında dolaşır.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, küçədə sürü ilə dolaşan sahibsiz heyvanlar ətrafa qorxu saçır. Paylaşımı şərh edən yerli sakinlər itlərin dəfələrlə insanlara hücum etdiyini, dişlədiyini deyir. Ən çox zərər görənlər isə uşaqlar və yaşlılardır.
Qəsəbə sakinləri məsələ ilə bağlı təcili tədbir görülməsini, küçə itlərinin təhlükəsiz şəkildə nəzarətə götürülməsini tələb edirlər.
Oxşar xəbərlər
Gəncədə yeniyetmə qətlə yetirilib, 18 yaşlı oğlan polisə təslim olub
Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. Gəncə şəhər prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Gə...
