Masazırda piyadanı vurub qaçan 21 yaşlı qadın sürücünü polislər saxladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Həsənov Yadigar Sədi oğlunu avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı “Saipa” markalı nəqliyyat vasitəsi ilə saxlanılıb.
Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.
Qalereya
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...