Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Araşdırma aparılır.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...