Masazırda keçmiş nişanlısının qapısını sındırmağa çalışan şəxs SAXLANILDI
Abşeron rayonunun Masazır qəsəbəsində kişi keçmiş nişanlısının evinə hücum edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxs evdə tək olan xanımın evinə gələrək, ondan qapını açmağı tələb edib.
Qadın bundan imtina etdiyi üçün o, fiziki güc tətbiq edərək mənzilin qapısını qırmağa çalışıb.
Məlumata görə, insidentə səbəb hücuma məruz qalan qadının nişanı qaytarması olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb:
"Polis əməkdaşları məlumat əsasında dərhal hadisə yerinə gedib və həmin şəxs qeyd olunan ünvanda aşkarlanaraq saxlanılıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır".
Oxşar xəbərlər
70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı
"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti" İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb. BAKU.WS oxu.az-a...