Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatları məlum olub.
Mərhumun atası Cavad Rzayev Report-un yerli bürosuna bildirib ki, qızı 20 ildən çoxdur narkotik istifadəçisidir.
Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir oğlu dünyaya gəlib.
C.Rzayev bildirib ki, nəvəsi 10 ildən çoxdur onların himayəsindədir. Mərhum anası bir neçə aydan-bir uşağa baxmağa gəlirmiş: "Qızım boşandıqdan sonra Bakıda bizə məlum olmayan bir oğlanla münasibət qurdu və narkotikdən daha çox istifadə etməyə başladı”.
Qeyd edək ki, S.Rzayeva bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə tanışı tərəfindən döyüldükdən sonra atası evinə gəlib və orada vəfat edib.
Xatırladaq ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...