Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həmin narkotik aludəçisi olub.
O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş.
Bir müddət əvvəl azadlığa çıxıb və Nuranə İsgəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayırmış.
Bir ay əvvəl isə həmin şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb.
*** 14:15
Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.
Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.
*** 14:03
Masazırda iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.
Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın ondan kömək istəyib.
P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb.
Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
*** 13:59
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edi...