Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi
11
iyl
2019
19:59
Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.
Oxşar xəbərlər
Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın SƏBƏBİ BİLİNDİ
Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara-İr...