Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub - FOTO

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub - FOTO
Hadisə 3

Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.Məhkəmənin qərarı ilə X.Abasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər