Masallıda istirahət mərkəzində bıçaqlanma olub, saxlanılan var
17
dek
2023
13:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 15-də Masallı rayonu ərazisindəki istirahət mərkəzlərinin birinin ərazisindən rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Masallıda 25 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Masallıda 25 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, keçirilən əməli...