Azərbaycanda dəhşətli olay - Azyaşlını zorladılar və ...

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Masallı rayonunda baş vermiş seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı işə baxaraq, 2004-cü il təvəllüdlü təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Əvvəlki hökmə əsasən qalan cəza ilə birləşdirilərək, ümumi cəza 18 il olaraq müəyyən olunub.
BAKU.WS-in məlumatına görə, hadisə 2 iyun 2025-ci il tarixində Masallı rayonunun Bədəlan kəndində baş verib.
Təqsirləndirilən şəxs qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü (hadisə vaxtı 12 yaşlı) zərərçəkmiş uşağı evə dəvət edib. Uşağı stol çıxartmaq bəhanəsi ilə evə gətirən təqsirləndirilən şəxs, onun köməksiz vəziyyətindən istifadə edərək, ölüm hədəsi ilə qorxudub və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, lakin uşağın razılığı olduğunu iddia edib. Məhkəmə bu iddianı uydurma hesab edərək rədd edib və təqsirləndirilən şəxsin məsuliyyəti yüngülləşdirmək məqsədi güddüyünü qeyd edib.
İş üzrə toplanmış sübutlar – zərərçəkmiş uşağın və anasının ifadələri, şahid ifadəsi, məhkəmə-tibbi, psixoloji ekspertiza rəyləri, istintaq protokolları – təqsirləndirilən şəxsin əməlini tam sübut edib. Ekspertiza rəylərində uşağın düz bağırsaq nahiyəsində seksual zorakılıq əlamətləri aşkar olunub, lakin spermatozoidlər tapılmayıb. Psixoloji ekspertiza uşağın hadisənin mahiyyətini dərk etmək qabiliyyətinin olmadığını müəyyən edib.
Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (oğurluq) ilə məhkum olunub və 1 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhkəmə bu cəzanı yeni hökm ilə qismən birləşdirərək, ümumi 18 il cəza təyin edib.
Oxşar xəbərlər
"Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib....
