Masallıda 80 yaşlı qadın faciəvi şəkildə öldü

Masallıda 80 yaşlı qadın faciəvi şəkildə öldü
Hadisə 101

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər