Masallıda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
08
avq
2023
08:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunda 10 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü İsmayılov Amin Sərxan oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...