Masallı sakinindən odlu silah və narkotik götürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Polis əməliyyat keçirdi: 10 narkotacir tutuldu
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli...