"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Hadisə yanvarın 25-də, səhər saat 06 radələrində rayonun Yenikənd kəndi yaxınlığında qeydə alınıb. İşçiləri daşıyan "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı rabitə dirəyinə çırpılıb, daha sonra dərəyə aşıb.
Qəza zamanı ağır xəsarətlər alan 25 yaşlı Vüqar Əsgərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı İsa Əsgərov hadisə ilə bağlı jurnalistlərə bildirib ki, avtomobil yolda sürüşərək idarəetmədən çıxıb:
"Hər gün işə gedirdilər, günlük 15 manata fəhləlik edirdi. Yeni evlənmişdi, mart ayında ata olacaqdı. Sevinə-sevinə işə gedirdi. Səhər yeddiyə qalmış idi, mənə zəng vurdular ki, avtobus qəza edib, qardaşın maşının altında qalıb".
Zərərçəkən Məharət Zülfüqarov qeyd edib ki, hadisə anında özü də avtomobildə olub: "Mən maşında yatmışdım. Birdən gördüm ki, maşın nəzarətdən çıxdı. Telefonun işığını yandıranda gördüm ki, Vüqar avtomobilin altında sıxılmış vəziyyətdə qalıb".
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...