Marneulidə karantin rejiminin ləğvi tələbi ilə etiraz aksiyası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli rayonunun bir neçə kəndində sakinlər etiraz aksiyası keçiriblər.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, sakinlər məhsullarının satışının təşkil olunması və yolların açılmasını tələb ediblər.
Etirazçılar bildiriblər ki, avtomobillə hərəkət edib yetişdirdikləri məhsulları satmaq istəyirlər.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı yerli sakinlərlə görüşüb. Etirazçıların tələbi ilə tanış olan qubernator deyib ki, yerli məhsulun satışına dəstək göstəriləcək. Sakinlərdən məhsulun alınması üçün yük maşınları səfərbər olunub.
Ciddi karantin rejiminin ləğv olunması tələbi ilə etirazçıların bir qismi Marneulini Şulaveri kəndi ilə birləşdirən yolu bağlayıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...