Mariupolda zirzəmidə saxlanılan azərbaycanlının ürəyi partladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Donetsk vilayətindən son məlumatları çatdırıb.
Məlumata görə, əslən Azərbaycanın Şabran rayonundan olan Nazim adlı şəxs Rusiya əsgərləri tərəfindən tutularaq Mariupol şəhərində zirzəmidə saxlanılıb. Onun zirzəmidə saxlanılma səbəbi Rusiya tərəfindən edilən sorğu-suala cavab verməməyi olub. Sakinlər bildirir ki, Nazim çox incidildiyi üçün zirzəmidə ürəyi partlayaraq ölüb.
Luqansk vilayətində isə daha bir azərbaycanlı fermerin əvvəlcə təsərrüfatı dağıdılıb, daha sonra isə ağır şəkildə döyülüb. Etibar adlı şəxsin separatçılar tərəfindən döyülərək öldürülməsi ehtimal edilir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...