Mahir Quliyevin mənzilləri və avtomobili müsadirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.
Üzərinə həbs qoyulmuş əmlakların siyahısını təqdim edirik:
1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
2. "Audi" markalı avtomobil;
3. Bakı şəhərində yerləşən daha bir mənzil.
Bundan başqa "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış 121 min manatlıq mülki iddia təmin olunub.
Qeyd edək ki, Mahiq Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...