M8 nömrəli marşrutda "qaraçı" xaosu yaşanıb
Yeniliklərdən dərhal xəbərdar olun
M8 nömrəli marşrutda "qaraçı" xaosu yaşanıb.
Bu barədə görüntülər BAKU.WS-in "Qaynar Xətt"inə daxil olub.
Belə ki, hadisə şahidlərinin məlumatına əsasən, 8-9 nəfər "qaraçı" avtobusa daxil olaraq ödəniş etmədən içəri keçiblər. Düşəcəkləri zaman isə sürücü qapını açmayaraq ödəniş tələb edib.
Məhz bundan sonra həmin şəxslər səs-küy salaraq təhqirlərə keçiblər. Hətta onlardan biri oturacağa çıxaraq bağırmağa başlayıb.
Sürücü sonda qapını açaraq onların düşməsini təmin edib. Hadisə şahidi bildirib ki, əks halda həmin şəxslər avtobusa ziyan vura və şüşələri belə sındıra bilərdilər.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...