Otelin ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO/VİDEO
25
yan
2024
11:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikinti işlərinin qarşısını alıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” otelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.
Qalereya
Oxşar xəbərlər
Binəqədidə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintil...