“Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, yaşları təxminən 30-50 arasında 40-50 ağac kəsilib.
Xatırladaq ki, “Luna Park” 1990-2000-ci illərin əvvəllərində ən çox istifadə olunan istirahət yerlərindən biri idi. Əvvəllər bura “Nizami İstirahət Parkı” kimi tanınırdı. Sonra orada müxtəlif attraksionlar quraşdırıldı və park əyləncə mərkəzinə çevrildi.
Zamanla “Luna Park” çox sayda ticarət mərkəzindəki əyləncə mərkəzlərinə rəqabətdə uduzdu. Bir neçə il əvvəl isə park təmir üçün bağlandı.
Qalereya
Oxşar xəbərlər
Bakıda 14 yaşlı qız “Park Bulvar”da itkin düşdü - polis hər yerdə onu axtarır
Bakıda 14 yaşlı qız itkin düşüb.“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.2002-ci il təvəllüdlü N...