İlqar İsmayılovun “Premium Bank”a qarşı iddiaları tam qanunsuz və əsassız imiş

İlqar İsmayılovun “Premium Bank”a qarşı iddiaları tam qanunsuz və əsassız imiş
Hadisə 5132

Keçmiş “Silk Way Bank” ASC olan, indiki “Premium Bank” ASC-ni saxta və qanunsuz yollarla kredit rəsmiləşməsində ittiham edən “İdeal Kompani”nin sabiq direktoru İ.İsmayılovun əsassız iddiası qanun qarşısında öz hüquqi qiymətini aldı.

Belə ki, sabiq direktor, sözügedən bankdan 3 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 5 milyon manat məbləğində kredit resursunun əslində ona aid olmadığını, müqavilədə və mədaxil-məxaric qəbzlərində imzasının bankın məsul şəxsləri tərəfindən saxtalaşdırıldığını iddia etmiş və “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəmə qarşısında iddia qaldırmışdır.

Uzun sürən məhkəmə çəkişmələrindən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsinə əsasən sözügedən kredit resursunun iş adamının sifarişinə əsasən qanunvericiliyin və müvafiq qaydaların tələblərinə uyğun şəkildə ayrıldığı, kredit müqaviləsinin və mədaxil-məxaric qəbzinin heç bir təyziq altında qalmadan özü tərəfindən imzalandığı təsdiq edilmiş və iddiaçının “kredit müqaviləsinin etibarsız hesab edilməsi” iddiası təmin edilməmişdir.

Tərəf qərardan apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsində, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə müvafiq olaraq kredit müqaviləsində və mədaxil-məxaric qəbzlərindəki imzaların İ.İsmayılova aid olması bir daha təsdiqlənmişdir. Bununla da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər