Lotu Qulini təhqir edən şəxsin öldürülməsi xəbəri - TƏSDİQLƏNMƏDİ (VİDEO)
19
fev
2018
19:01
Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şeyx Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı çeçen üzvünün öldürülməsi xəbəri təsdiqlənməyib. BAKU.WS-in məlumatına görə, Həmzət Qastamirova yaxın mənbələr məlumatın yalan olduğunu bildiriblər. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan video və fotodakı şəxs o deyil. Qeyd edək ki, bir nəfər Rusiyada “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Həmin şəxsin, bir müddət əvvəl Lotu Qulini təhqir edən Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı üzvü olduğu iddia edilirdi. Timur yaydığı video müraciətdə Lotu Qulini təhqir edir və açıq şəkildə onun cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıca görə Timur qətlə yetirilib. BAKU.WS
Oxşar xəbərlər
Lotu Quli Ukrayna polisini təşvişə salıb – Bazarlarda ermənilər oğurlanır
Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub. BAKU.WS Modern.az-a is...