Lökbatanda anlaşılmazlıq yaradan YOL NİŞANI PROBLEMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülər yolda çətinlik yaşadıqlarını bildirirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar qeyd ediblər ki, ərazidə yol nişanının olmaması sürücülər arasında çaşqınlıq yaradır. Baku TV-nin əməkdaşı məsələni araşdırmaq üçün həmin ərazidə olub.
Məlum olub ki, dairəni bildirən nişan yolun bir tərəfində, Lökbatan qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən sürücülər üçün quraşdırılıb. Lakin digər istiqamətdən, yəni "Meyvəli" Ticarət Mərkəzi tərəfdən Lökbatan istiqamətinə gedən sürücülər üçün belə nişan yoxdur.
Sürücülər bildiriblər ki, xüsusilə pik saatlarda ərazidə nəqliyyat sıxlığı yaranır və hərəkət zamanı xaotik vəziyyət müşahidə olunur. Onların sözlərinə görə, nişanın olmaması səbəbindən bəzi sürücülər hansı nəqliyyat vasitəsinin üstünlüyə malik olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Oxşar xəbərlər
Sumqayıtda 5 maşın toqquşdu - Zəncirvari qəza
Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib. BAKU.WS xəbər verir ki, hərəkətdə olan "Fiat:, "Chevrolet", "Hyundai", "Mercedes" markalı mini...