Lerikin bəzi dağ kəndləri ilə əlaqə hələ də BƏRPA OLUNMAYIB
Lerik rayonunda bir neçə gündür davam edən intensiv qar yağması bölgədə ciddi problemlərə səbəb olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, güclü qar nəticəsində rayonun Çayrud, Veri, Andırma və Rıvarud kəndləri ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsinin tam bərpa olunmadığı, avtomobillərin hərəkətinin çətinləşdiyi bildirilib.
Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, yanvarın 19-dan 21-dək yağan qar örtüyünün qalınlığı Lerik şəhərində 1-1.2 metr, dağlıq ərazilərdə isə 1.3-1.5 metrə çatıb. Nəticədə bir sıra yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb:
"52 saylı Yol İstismarı İdarəsi" MMC-nin ağır texnikalarının cəlb olunması ilə 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənərək nəqliyyatın hərəkəti bərpa edilib. Lerik Elektrik Şəbəkəsi isə ərazi icra nümayəndəlikləri, bələdiyyələr və yerli əhalinin köməyi ilə elektrik enerjisinin verilişini əsasən bərpa edib".
Məlumatda vurğulanıb ki, əsas magistral avtomobil yolları təmizlənsə də, yanvarın 22-23-də və sonrakı günlərdə müşahidə olunan güclü külək səbəbindən bəzi yollar yenidən bağlanıb.
"Hazırda kənddaxili avtomobil yollarının qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Çayrud inzibati ərazi dairəsinə gedən yol təmizlənsə də, axşam saatlarında əsən külək səbəbindən yol yenidən bağlanıb və səhər saatlarından etibarən texnikalar yenidən əraziyə cəlb olunublar.
Oxşar xəbərlər
15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI
"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir". Zərdabda baş verm...