Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
***11:15
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Oxşar xəbərlər
"Yaxınlaşanda gördüm ki, uşaqların biri yerdədir": Kürdəmirdə doqquzuncu sinif şagirdini dəmir yolunda cərəyan vurdu
Kürdəmirdə bədbəxt hadisə baş verib. Doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu ele...