Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

02
noy
2023
18:31
Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.
Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
Masallı sakinlərindən qanunsuz odlu silahlar götürülüb
Masallı rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildiri...