Lənkəranda xadiməni "tok" vurdu, qadın öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub. Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.
Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü
Bərdə rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvə...