Lənkəranda sel suları həyətyanı sahələrə dolub

Lənkəranda sel suları həyətyanı sahələrə dolub
Foto
Hadisə 93

Lənkəranda güclü yağışlar fəsadlara səbəb olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra gələn sel suları həyətyanı sahələrə dolub. Məlumata görə, ötən gecədən Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışları daha çox şəhər ərazisinə, ara məhəllələrə ziyan vurub. Suötürücü və selötürücü kanallar sel suları ilə dolub.

Suyun axarı olmadığından, sel suları ara məhəllərədəki həyətyani sahələrə və 2-ci mikrorayon ərazilərində binaların qarşısına daşıb. Binaların qarşısında yığılıb qalan sel sularına görə, sakinlər evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Həmçinin nəqliyyat vasitələrinin hərəkətində də problem yaranıb.

Şəhər İcra Hakimiyyətindən bildirilib ki, suötürücü və selötürücü kanallar tez-tez təmizlənir. Hazırda da mərhələli şəkildə təmizlənməsi işləri aparılır.

Qeyd edək ki, rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Son xəbərlər