Lənkəranda hicablı tələbələrə qadağa qoyulub? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin hicablı tələbələrinə qadağa qoyulması barədə iddialar yayılıb. Bəzi tələbələr bildiriblər ki, onlar hicab taxdıqlarına görə universitetin yeni istifadəyə verilmiş korpusuna buraxılmayıblar.
BAKU.WS xəbər verir ki, modern.az-ın əməkdaşı iddialara aydınlıq gətirmək üçün Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova ilə saxlayıb.
O tələbələrə hicabla bağlı qadağa qoyulmadığını, yayılan xəbərlərin yalan olduğunu bildirib.
“Hazırda dərsdəyəm və lövhənin qarşısında dərs danışan hicablı tələbə dayanıb. Dünən açılış vaxtı dərs gedirdi, dərsə mane olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”, - deyə mətbuat katibi məsələyə aydınlıq gətirib.
Oxşar xəbərlər
İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT - FOTO
Bir neçə gündür ki, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi, idmançı İlkin Qənbərli itkin düşüb. İ.Qənbərli sonuncu dəfə bir həftə...