Lənkəranda hamilə olan 18 yaşlı gəlin itkin düşüb

29
sen
2022
15:48
Lənkəran rayonu Velədi kənd sakini itkin düşüb.
BAKU.WS xəbər verir ki, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxıb və geri dönməyib.
Yaxınları onun 5 aylıq hamilə olduğunu bildirir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qadının tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...
