Lənkəranda güclü yağış - 22 nəfər təxliyə edildi

Lənkəranda güclü yağış - 22 nəfər təxliyə edildi
Video
Hadisə 285

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var

Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var

Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qe...

0 Hadisə 10:36 27 avqust 2026

Son xəbərlər