Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib?
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda dəhşətli ailə faciəsi baş verib. Evdən ər və arvadın meyiti tapılıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini Sərhad Məmmədov həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Hadisənin səbəbi hələ məlum deyil.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Mənzilə baxış keçirilən zaman Balaqız Məmmədovanın meyiti ilə yanaşı, onu qətlə yetirməkdə şübhəli bilinən Sərhad Məmmədovun da meyiti aşkar edilib. Cinayətin törədildiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....