Lənkəranda əməliyyat - 11 nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı məlum olub ki, onlar həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində satışını təşkil etməli imişlər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son vaxtlar ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha 11 nəfər saxlanılıb.
Şəxsi axtarış zamanı onların hər birindən müxtəlif çəkilərdə narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Narkotacir ana və oğul saxlanıldı - FOTO
Lənkəranda narkotacir ana və oğul saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat veril...