Lənkəranda çay fabriklərindən birində lift qırılıb, işçi xəsarət alıb
15
avq
2025
13:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....