Lənkəranda böyük əməliyyat - 13 nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinları E.Nəsirov, C.Rzazadə, F.Hadıyev, X.Qubadov, C.Nəcəfov, Ş.Hüseynov, Ə.Əliyev, R.Musayev, İ.Həsənov, R.Bağırov, X.Qasımov, Ş.Əzimov və qardaşı F.Əzimov saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda polis əməliyyatlar keçirib - 40 nəfər saxlanılıb - VİDEO
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir...