Lənkəranda avtomobil velosipedçini vurub

Lənkəranda avtomobil velosipedçini vurub
Hadisə 68

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Tükəkəran kəndində baş verib.

Belə ki, yolda velosipedlə hərəkətdə olan kənd sakini, 1979-cu il təvəllüdlü Seymur Yədulla oğlu Tahirovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilərək Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər