Lənkəranda 36 yaşlı qadının meyiti tapılıb
30
apr
2025
13:54
Lənkəranda evdən qadın meyiti tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndində baş verib.
Kənd sakini 1989-cu il təvəllüdlü Nigar Heydərovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.
İlkin məlumata görə, 36 yaşlı qadın intihar edib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA
Casusluq fəaliyyətinə görə dövlətə xəyanətdə ittiham olunan və DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilən Azər Bağı...