Lənkərançayda brokonyerlik edənlər saxlanılıblar
23
apr
2025
12:57
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar. Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Samid Həmid...