İldırım Nurayı vurub öldürəndə bacısı da yanında olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda ildırım üç azyaşlını vurub, onlardan biri vəfat edib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən azyaşlı 2011-ci il təvəllüdlü Osmanova Nuray Orxan qızıdır.
O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə nəticəsində Nurayın 4-cü sinifdə oxuyan bacısı Ayan Osmanova ilə yanaşı, ondan bir sinif yuxarıda oxuyan xalası qızı Əfsanə Məmmədzadə də xəsarət alıb.
Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. Ayan Osmanovanın müalicəsi isə Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hər üç azyaşlı Qazaxın Birinci Şıxlı kənd orta məktəbin şagirdləri olub.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...