Lahıca sel gəldi - VİDEO

Lahıca sel gəldi - VİDEO
Video
Hadisə 321

Ölkə ərazisində anormal hava şəraiti davam edir.

BAKU.WS xəbər verir ki, bu dəfə İsmayıllıda sel həyatı iflic edib. Nəticədə evlərə və turizm obyektlərinə ziyan dəyib.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə məlumat daxil olub.

Qeyd edilib ki, sel suları rayonun bəzi kənd ərazilərində təsərrüfata da ciddi ziyan vurub.

Bununla yanaşı, turistlərin ən çox üz tutduğu Lahıcda turizm obyektlərini su basıb, əhalinin qaz və işıq təchizatında problemlər yaranıb. Bir çox bölgələrdə isə, ümumiyyətlə qaz və işığın verilməsi dayandırılıb.

Hazırda rayona sel axınının davam etdiyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər