Laçında şirkət maşını dərəyə aşdı
06
iyl
2025
10:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "HOWO" markalı avtomobil idarəetməni itirib.
Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb.
Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...