Kürdərmirdə dəhşətli ailə faciəsi: Ölən və yaralananlar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi yükdaşıma xidmətinə məxsus “Mercedes” markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən “Mercedes” markalı digər avtomobil arxadan ona çırpılıb.
Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölənlər Zərdab rayon sakinləri 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı, xəsarət alanlar 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğludur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT - ANBAAN VİDEO
2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud...