Kürdəmirdə sürücü yük maşınının altında qalaraq ölüb - FOTO

Kürdəmirdə sürücü yük maşınının altında qalaraq ölüb - FOTO
Hadisə 328

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində yük maşınının altında qalaraq ölüb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə dekabrın 28-də gecə saat 4 radələrində Bakı-Qazax yolunun 185-ci kilometrində, rayonun Çöhranlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü, 1977–ci il təvəllüdlü Astara rayon sakini Bayramov İlham Nail oğlu “Mercedes” markalı iritutumlu yük maşınını yolun kənarında saxlayaraq təkərini təmir etmək istəyib.

Bu zaman maşına quraşdırdığı qaldırıcı kran açılıb və sürücü avtomaşının altında qalaraq ölüb.

Yük maşının altında qalan sürücünün cəsədi Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin qəza xilasetmə bölməsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə sürücü yük maşınının altında qalaraq ölüb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gecə ağır qəza baş verib - Ölən və yaralılar var

Gecə ağır qəza baş verib - Ölən və yaralılar var

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-dən 25-nə keçən...

841 Hadisə 08:38 25 dekabr 2019

Son xəbərlər