Kürdəmirdə sürücü avtomobil hərəkətdə olarkən qəfildən vəfat etdi - FOTO
21
yan
2024
20:15
Kürdəmirdə sürücü avtomobil hərəkətdə olarkən qəfildən dünyasını dəyişib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanım Soltan İslamzadə küçəsində qeydə alınıb.
Belə ki, rayonun Atakişili kənd sakini sürücü Həşimov Bayram Soltanəli oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və idarə etdiyi "VAZ 21011" markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə baş verən ağır qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB + FOTO
Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, “Toyota Prius”un sürüc...