Kürdəmirdə qadın sürücü qəza törədib, xəsarət alanlar var
Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 32 yaşlı sürücü Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən "Toyota" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər - sürücü və sərnişinlər; 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Hacıqabulda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon...