Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb: 10 baş qoyun tələf olub
02
noy
2025
14:15
Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub.
Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib
Sumqayıt şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu...